"Neftçi"nin hücumçusu Kvame Karikari karyerasını Albaniyada davam etdirməyə çox yaxındı. Matç.az xəbər verir ki, bu barədə məlumatı newsport.al saytı yayıb.

Bildirilir ki, "Partizani" qanalı forvardın xidmətində maraqlıdı. Xəbərdə bu məsələ ilə birbaşa klub prezidenti Qazmend Deminin məşğul olduğu vurğulanıb. "Partizani"nin baş direktoru Olsi Rama uzun müddətdi izlədiyi Karikarinin transferini həll etməyə yaxın görünür.

Həmkarlarımız klublar arasında danışığın müsbət nəticələndiyini və xırda detalların qaldığını iddia ediblər. 26 yaşlı hücumçunun tezliklə "Partizani"nin Antalya toplanışına qatılması gözlənilir. Sabyen Lilay və Ceyms Adeniyinin "Qəbələ"yə transferində mühüm rol oynamış menecer Frans Bode qanalı forvardın keçidinə də çalışır.

Qeyd edək ki, Kvame Karikari "Neftçi"yə mövsümün əvvəlində Qətər klubu "Əl Ərəbi"dən keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest