İngiltərənin iki klubu yeni yaradılan Avropa Super Liqasından çıxa bilər.
 
Matc.az xəbər verir ki, bu barədə ingilis jurnalist Oliver Holt özünün "tvitter" hesabında məlumat yayıb.
 
O, artıq İngiltərənin iki klubunun turnirdən çıxmağa yaxın olduğunu bildirib. Bunun klubun azarkeşləri tərəfindən böyük etiraz və təzyiqlərlə üzləşməsindən irəli gəldiyi bildirilir.
 
Avropanın 12 klubu yeni Super Liqanın yaradıldığını bəyan ediblər. Yeni turnirin ilkin mərhələsində İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Tottenhem", "Liverpul", "çelsi", "Arsenal", İspaniyanın "Barselona", "Atletiko", "Real", İtaliyanın "Milan", "İnter" və "Yuventus" klubları iştirak edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest