UEFA, Çempionlar Liqasında iştirak edən 32 komandaya təxminən 2 milyard avro verir. ÇL-in qalibi olan komandalar 120 milyon avroya qədər gəlir əldə edir. Yeni yaradılan Avropa Super Liqasında isə hər bir iştirakçı ÇL-in qalibi olan komandadan ikiqat artıq qazanc əldə edəcək.

Yeni yaradılan və Avropa futbolunu bir-birinə vuran Super Liqa, ABŞ bankı tərəfindən maliyyələşdiriləcək.
 
Matc.az xəbər verir ki, böyük qalmaqala səbəb olan bu turnirin "JP Morgan" bankı tərəfindən maliyyələşdiriləcəyi bəlli olub.
 
Bu barədə sözügedən bankın yaydığı məlumatda bildirilib. "JP Morgan" Avropa Super Liqasına 6 milyard dollar ayıracaq.
 
UEFA, çempionlar Liqasında iştirak edən 32 komandaya təxminən 2 milyard avro verir. çL-in qalibi olan komandalar 120 milyon avroya qədər gəlir əldə edir. Yeni yaradılan Avropa Super Liqasında isə hər bir iştirakçı çL-in qalibi olan komandadan ikiqat artıq qazanc əldə edəcək.
 
İllik gəlirdən əlavə olaraq, ilkin mərhələdə klublara mövcud problemlərini yoluna qoymaq, koronavirus pandemiyasının yaratdığı maliyyə çətinliklərini aradan qaldırmaaq üçün 3.5 milyard avro veriləcək. Bu maliyyə dəstəyini də "JP Morgan" verəcək.
 
Qeyd edək ki, "JPMorgan Chase & Co." şirkətinin baş ofisi ABŞ-ın Nyu-York şəhərində yerləşir. Bu, ABŞ-ın ən böyük bankıdır və toplam gəliri 2.687 trilyon dollardır. "JP Morgan" bazar dəyərinə görə dünyanın ən dəyərli bankları siyahısında da 9-cu yerdə gedir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest