"Real" və Avropa Superl Lqasının prezidenti Florentino Peres yeni turnirin yaradılmasına münasibət bildirib. Matc.az xəbər verir ki, o, son dönəmlər böyük klubların çox pul itirdiyini və pis vəziyyətə düşdüyünü deyib: "Real" son 2 ildə 400 milyon avro zərər gördü. İngiltərə, İtaliya və İspaniyanın ən yaxşı klubları futbolun yaşadığı bu pis vəziyyətə bir həll yolu tapmalıdır. Oyun şirkətlər, insanlar, zehniyyət kimi inkişaf etməlidir. İndi həyat tərzi dəyişdi və futbol da dəyişməli və yaşadığımız zamana uyğunlaşmalıdır. Futbola olan maraq itir. "Barselona"nın Mançester klubları ilə oyunu digər matçlardan daha əyləncəli olar.  Gənclər artıq futbola maraq göstərmirlər, çünki keyfiyyətsiz matçlar çoxdur, onların diqqətlərini yayındırmaq üçün başqa sahələri var. Tamaşaçıların azaldığını görə bilərsiniz. Avropa Super Liqası klubları maliyyə baxımından gücləndirəcək. Rəqabətin olduğu yerdə daha çox pul qazanılacaq.  Nə vaxt bir dəyişiklik baş verərsə, buna qarşı çıxanlar var. Bütün dünyada azarkeşlərimiz var. Bu, hamı üçün puldur".
 
Peres bildirib ki, UEFA əvvəllər ilk Avropa kubokunun yaradılmasına da qarşı çıxıb: "Bu turnir varlı insanlarla əlaqəli deyil, futbolu xilas etməklə bağlıdır. Tez bir zamanda turnirə start verməyi düşünürük. UEFA və FİFA ilə danışacağıq. Niyə əsəbiləşdiklərini başa düşmürəm. UEFA başqa bir format üzərində işlədi. Əvvəlcə bunu anlamadım, amma daha sonra başa düşdüm ki, bu format futbolu xilas etmək üçün yetərli gəliri yaratmır. Futbolu xilas etmək, hər kəsi xilas etməkdir. Bu formada futbol ən azından qarşıdakı 20 il ərzində yaşaya bilər".
 
Peres turnirdə iştirak edəcək klubların oyunçularının təhdid olunduğunu da söyləyib: "Onlar sakit olmalıdırlar. çünki bunlar yaşanmayacaq. UEFA şəffaf olmalıdır. çünki onlar yaxşı bir imicə sahib deyillər. Bu barədə danışmaq istəmirəm. Dialoq olmalıdır, təhdid yox. Kimsənin başa düşmədiyi bir format yaratdılar və 2024-cü ildə başlayacağını söyləyirlər. 2024-cü ildən artıq ölüyük!
 
Hər kəs şəffaf olmalıdır. UEFA isə bunu etmədi və bitdi. Hamımız futbolun məhv olmaq üzrə olduğunu söyləyirik. Bizi La Liqadan da, çempionlar Liqasından da kənarlaşdırmayacaqlar. Kimsə ilə üz-üzə gəlmək istəmirik. Matçlarda nə qədər rəqabət olarsa, o qədər maraqlı olar. çempionlar Liqasının 1/4 finallarında yaxşı komandalar qarşı oynamalıyıq".
 
O, PSJ-ni turnirə dəvət etmədiklərini, Almaniya klubları ilə danışılmadığını vurğulayıb: "Hazırda 12 klubuq və bu rəqəmi 15-ə yüksəltmək istəyirik. PSJ və ya "Bavariya" rədd edərsə, turniri ləğv etməyəcəyik. Bu, ağılsızlıq olar. çünki çempionlar Liqası ilə davam edərsək, futbola maraq getdikcə azalacaq və bitəcək".
 
"Real"ın prezidenti "Barselona"nın maliyyə cəhətdən çox pis vəziyyətdə olduğunu və Kataloniya klubunun prezidenti Joan Laportanın bunun fərqinə varıb turnirə qatılmaq istədiyini  deyib: "çünki bu turnirin "Barselona"nın gələcəyi olacağını bilir. Bu layihə maliyyə baxımından hər kəsi xilas edir.
 
Peşəkar keyfiyyətlərə sahib ən yaxşı hakimlərə seçməyə çalışacağıq. Super Liqa üçün ayrı, ölkə çempionatı üçün ayrı heyət qursaq, bu, dəyəri aşağı salar. Bir çox şeyi dəyişdirməliyik. çoxlu matç var. Futbolçuların belə başa düşmədiyi bəzi milli komanda turnirləri mövcuddur".
 
Peres Avropa Super Liqası müqaviləsini 12 klubun hamısının imzaladığını da diqqətə çatdırıb: "Geridönüş  yoxdur, kimsə ayrılmayacaq".
 
O, UEFA və La Liqa nümayəndələrinin maaşını da toxunub: "Onların nə qədər maaş aldıqlarını niyə bilmirik? Koronavirus pandemiyası dövründə hər kəsin maaşı azaldılarkən, onlarınkı niyə eyni qaldı? Şəffaflığa ehtiyac var. UEFA prezidenti Aleksandr çeferin "Yuventus" prezidenti Andrea Anyellini təhqir edir. Belə bir UEFA prezidenti istəmirik".
 
Peres bu turnirdə matçların vaxtının qısaldıla biləcəyini də istisna etməyib: "Bəzən nəvələrimizlə belə bir-birimizi anlaya bilmirik. Yeni nəsillə anlaşa bilmək üçün çalışmalıyıq. Gənclər matçların uzun olduğunu düşünürsə, bu məsələni də nəzərdən keçirə bilərdik
 
Qeyd edək ki, İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Tottenhem", "Liverpul", "çelsi", "Arsenal", İspaniyanın "Barselona", "Atletiko", "Real", İtaliyanın "Milan", "İnter" və "Yuventus" klubları turnirdə iştirakını təsdiqləyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest