Avropa Klublar Birliyinin (ECA) yeni prezidenti məlum olub.
 
Matc.az xəbər verir ki, Almaniyanın "Bavariya" klubunun prezidenti Karl-Haynts Rummenigge ECA-nın yeni rəhbəri təyin olunub.
 
Rummenigge bu vəzifədə Andrea Anyellini əvəz edib. "Yuventus"un prezidenti yeni yaradılan Avropa Super Liqasının vitse-prezidenti təyin olunduqdan sonra ECA-dakı işindən istefa verib.
 
Avropanın 12 klubu yeni Super Liqanın yaradıldığını bəyan ediblər. Yeni turnirin ilkin mərhələsində İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Tottenhem", "Liverpul", "çelsi", "Arsenal", İspaniyanın "Barselona", "Atletiko", "Real", İtaliyanın "Milan", "İnter" və "Yuventus" klubları iştirak edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest