UEFA bu yarışda iştirak edəcək klubların beynəlxalq və daxili yarışlardan kənarlaşdırılacağını, futbolçularının isə milli komandalarda çıxışına qadağa qoyulacağını bildirib.

Avropa Superliqasının yaradıcılarından olan "Yuventus", "Milan" və "İnter" növbəti mövsüm A seriyasında oynamaq istədiklərini açıqlayıb. Matc.az xəbər verir ki, onların bu mövqeyi A seriyasının videokonfrans formatında keçirilən iclasında məlum olub.
 
Həmin iclasda Avropanın 12 klubunun Superliqa yaratması müzakirə edilib. Bu zaman sözügedən 3 klubun UEFA-nın da tələbi ilə daxili yarışdan uzaqlaşdırılması məsələsi gündəmə gəlib. Onlar isə Avropa Superliqası ilə yanaşı A seriyasında da oynamaq istədiklərini bildiriblər.
 
"Torino" prezidenti Urbano Kairo isə ANJA-ya açıqlamasında "İnter" və "Yuventus" prezidentlərinin A seriyasına xəyanət etdiklərini söyləyib.
 
Xatırladaq ki, yeni yaradılan Avropa Superliqasında İngiltərədən "Arsenal", "Mançester Yunayted", "çelsi", "Liverpul", "Mançester Siti", "Tottenhem", İtaliyadan "Milan", "İnter" və "Yuventus", İspaniyadan isə "Atletiko" (Madrid), "Barselona" və "Real" (Madrid) var.
 
UEFA bu yarışda iştirak edəcək klubların beynəlxalq və daxili yarışlardan kənarlaşdırılacağını, futbolçularının isə milli komandalarda çıxışına qadağa qoyulacağını bildirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest