19 yaşadək futzalçılar arasında 2022-ci ildə təşkil olunacaq Avropa çempionatının final mərhələsinin oyunları İspaniyanın Əndəlüs vilayətindəki "Olivo Arena"da keçiriləcək.
 
Matc.az xəbər verir ki, bununla bağlı UEFA İcraiyyə Komitəsi qərar qəbul edib.
 
Arena 6500 azarkeş tutumuna malikdir.
 
Mərhələlər üzrə keçiriləcək oyunların təqvimi də məlumdur:
 
7 iyul 2021 – İlkin mərhələnin püşkatması
 
2-7 noyabr 2021 – Bu mərhələnin oyunlarının keçirilməsi
 
15-20 mart 2022 – Əsas mərhələ
 
3-10 sentyabr 2022 – Final mərhələsi
 
Final mərhələsində qalib adı uğrunda yenə 8 komanda iki qrupda mübarizə aparacaq. 
 
Qeyd edək ki, bu yaş qrupu üzrə ilk qitə birinciliyi 2019-cu ildə Latviyanın Riqa şəhərində təşkil olunub. Qalib isə İspaniya futzalçıları olub. Təqvim üzrə ikinci yarış bu il keçirilməli idi. Amma COVİD-19 pandemiyası ilə əlaqədar turnir bir il sonraya ertələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest