"Prosesdə yenilik yoxdu. Hələ ki, gözləmə mövqeyindəyik. UEFA məsələnin CAS tərəfindən qəbul edilməsinə etiraz edir. Deyirlər ki, prosedur pozuntusuna görə, şikayətə baxılmamalıdı. Biz də buna etiraz etmişik"

UEFA İdman Arbitraj Məhkəməsinin (CAS) Nurlan İbrahimovun şikayətinə baxmasına etiraz edir. Matc.az xəbər verir ki, bu barədə  "Qarabağ"ın sabiq mətbuat katibinin vəkili Fərid Haqverdiyev məlumat verdi. Onun sözlərinə görə, qurum prosedur pozuntusuna görə şikayətə baxılmamalı olduğunu iddia edir:
 
"Prosesdə yenilik yoxdu. Hələ ki, gözləmə mövqeyindəyik. UEFA məsələnin CAS tərəfindən qəbul edilməsinə etiraz edir. Deyirlər ki, prosedur pozuntusuna görə, şikayətə baxılmamalıdı. Biz də buna etiraz etmişik. UEFA hesab edir ki, şikayət prosedura uyğun təqdim olunmayıb və qurumun Nurlanın verdiyi apelyasiya şikayətini qəbul etməmək əsasına görə eynilə CAS da qəbul etməməlidi. Biz də öz mövqeyimizi bildirəcəyik. Ondan sonra iclas olacaq və hansı qərarın verildiyini biləcəyik".
 
Azərbaycanın Vətən müharibəsi zamanı şəxsi feysbuk profilində ermənilərlə bağlı paylaşım edən Nurlan İbrahimov bu hərəkətinə görə sərt cəzaya məruz qalıb. O, ömürlük futboldan uzaqlaşdırılıb. UEFA İbrahimovun qərardan apelyasiya şikayətini geri çevrib. Daha sonra CAS-a şikayət ünvanlanıb. "FutbolPress"

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest