Superliqanın da prezidenti olan Peres futbolçuların Avropa və dünya çempionatlarında iştirak edə biləcəklərini vurğulayıb: "Buna 100 faiz əmin ola bilərlər. Superliqa klubları milli liqalardan da kənarlaşdırılmayacaqlar".

"Bütün Superliqa klublarının futbolçuları AVRO-2020 və Dç-2022-dən kənarlaşdırılmayacaq". Matc.az xəbər verir ki, bunu Madrid "Real"ının prezidenti Florentino Peres deyib. O, Avropa Super Liqasında iştirak edəcək futbolçuların beynəlxalq turnirlərdən kənarlaşdırılmayacağını söyləyib.

Superliqanın da prezidenti olan Peres futbolçuların Avropa və dünya çempionatlarında iştirak edə biləcəklərini vurğulayıb: "Buna 100 faiz əmin ola bilərlər. Superliqa klubları milli liqalardan da kənarlaşdırılmayacaqlar".

Qeyd edək ki, İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Tottenhem", "Liverpul", "çelsi", "Arsenal", İspaniyanın "Barselona", "Atletiko" (Madrid), "Real" (Madrid), İtaliyanın "Milan", "İnter" və "Yuventus" klubları Avropa Super Liqasında iştiraklarını təsdiqləyib.

Peres Superliqanın prezidenti, Andrea Anyelli və "Mançester Yunayted"dən Coel Qleyzer vitse-prezidenti seçilib. Yarışda iştirak edəcək hər bir kluba 350 milyon avro ödəniləcək. UEFA və FIFA bu turnirin əleyhinə çıxıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest