Futbol üzrə Niderland kubokunun qalibi müəyyənləşib.
 
Matc.az xəbər verir ki, həlledici oyunda "Ayaks" və "Vitess" komandaları üz-üzə gəliblər.
 
Rotterdamdakı "De Kuyp" stadionunda baş tutan final matçında qapılara üç qol vurulub. Amsterdam təmsilçisi 2:1 hesablı qələbə sayəsində ölkə kubokunun qalibi olub.
 
Hesabı 23-cü dəqiqədə "Ayaks"ın yarımmüdafiəçisi Rayan Qravenberx açıb. Bundan 8 dəqiqə sonra "Vitess"in hücumçusu Lua Openda hesabı bərabərləşdirib. 85-ci dəqiqədə Yakob Rasmussen qırmızı vərəqə alaraq "Vitess"i azlıqda qoyub. "Ayaks" say üstünlüyündən 90+1-ci dəqiqədə David Neresin vurduğu qol sayəsində yararlanıb.
 
Qeyd edək ki, "Ayaks" 20-ci dəfə Niderland kubokunu qazanıb. Bu baxımdan amsterdamlıların ən yaxın izləyicisi "Feyenoord"dur – 13 dəfə.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest