"çelsi"nin hücumçusu Alvaro Morata "Sevilya"ya keçir. Matç.az saytının "Mundo Deportivo"ya istinadən məlumatına görə, tərəflər arasında danışıqlar müsbət nəticələnib.

"Sevilya" ilə hərtərəfli anlaşan Moratanın meneceri Xuanmi Lopes gələn həftə Londonda "çelsi" rəhbərliyi ilə görüşəcək. İspanlar onu yayda birdəfəlik transfer etmək şərti ilə mövsümün sonuna qədər icarəyə götürmək niyyətindədilər.

Qeyd edək ki, Alvaro Morata bu mövsüm Premyer Liqada meydana çıxdığı 16 oyunda 5 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest