Bildirilib ki, Super Liqada iştirak edəcək istənilən klub və futbolçu UEFA və FİFA-nın bayrağı altında təşkil olunan bütün beynəlxalq səviyyəli yarışlarda iştirakdan kənarlaşdırılacaq.

UEFA Avropa Super Liqası adlı yarışın iştirakçılarına sərt sanksiya tətbiq edəcək. Matc.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti  adından Tvitterdə italiyalı jurnalist Nikola Skira məlumat yayılıb.
 
Bildirilib ki, Super Liqada iştirak edəcək istənilən klub və futbolçu UEFA və FİFA-nın bayrağı altında təşkil olunan bütün beynəlxalq səviyyəli yarışlarda iştirakdan kənarlaşdırılacaq.
 
Qeyd edək ki, İspaniya, İtaliya və İngiltərədən 12 nəhəng klubun Avropa Super Liqası adlı turnir təşkil edəcəyi məlum olub. Həmin klublar "Real", "Barselona", "Atletiko", "İnter", "Yuventus", "Milan", "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "çelsi" və "Tottenhem"dir.
 
UEFA yarışı tanımayacağını açıqlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest