Avropanın nəhəng klubları tərəfindən yaradılan Superliqada iştirak edə biləcək daha 3 komandanın adına aydınlıq gəlib. Matc.az xəbər verir ki, bu barədə məşhur jurnalist Nikola Skira özünün tvitter səhifəsində yazıb.
 
O bildirib ki, Almaniyanın "Bavariya", "Leyptsiq" və Portuqaliyanın "Portu" klubu Superliqaya qoşula bilər.
 
Qeyd edək ki, daha əvvəl İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Tottenhem", "Liverpul", "çelsi", "Arsenal", İspaniyanın "Barselona", "Atletiko" (Madrid), "Real Madrid", İtaliyanın "Milan", "İnter" və "Yuventus" klubları turnirdə iştirakını təsdiqləyib.
 
"Real Madrid"in prezidenti Florentino Peres Superliqanın sədri olub. Yarışın ilkin ümumi büdcəsi  3,5 milyard avrodu. UEFA və FIFA bu turnirin əleyhinə çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest