Topaz Premyer Liqa klublarından daha biri istirahətini başa vurub. Matç.az-ın "Zirə"nin feysbuk səhifəsinə istinadən məlumatına görə, komanda bu gün bir araya gəlib.

Mövsümün ikinci yarısının hazırlığına start verən bakılılar yeni ildə ilk məşqinə çıxıb. Bir həftə paytaxtda hazırlaşacaq Samir Abasovun kollektivi yanvarın 13-də Antalyaya yollanacaq.

Ayın 27-dək davam edəcək toplanışın ikinci mərhələsi çərçivəsində 4 yoxlama görüşü planlaşdırılır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest