Futbol üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinin oyunları keçiriləcək.

Matc.az xəbər verir ki, ilk oyunlar aprelin 21-də, cavab qarşılaşmaları 8 gün sonra təşkil olunacaq.

Peşəkar Futbol Liqasının rəsmi saytı üz-üzə gələcək cütlərin əvvəlki kubok oyunlarının balansını təqdim edir.

Azərbaycan Kuboku
1/2 final
(21 /29 aprel)

"Sumqayıt" – "Qarabağ" – 7 oyun, +1=0-6, top fərqi 6-22

4 dəfə yolları kəsişən komandaların duellərindən üçündə "Qarabağ", birində "Sumqayıt" mərhələ keçib. Sumqayıtlılar öz meydanındakı hər üç oyunda qol vurub. Ağdam təmsilçisi evdəki 4 matçın hamısında qalib gəlib.

 

2011/12

1/8 final

Qarabağ (Ağdam) - Sumqayıt Şəhər

3:0

2015/16

1/4 final

Qarabağ (Ağdam) - Sumqayıt

2:0, 4:1

2016/17

1/4 final

Qarabağ (Ağdam) - Sumqayıt

6:0, 5:2

2017/18

1/4 final

Qarabağ (Ağdam) - Sumqayıt

2:1, 0:2

"Keşlə" – "Zirə"– indiyədək qarşılaşmayıblar

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest