"Mançester Yunayted"in iki futbolçusu - müdafiəçi Luis Antonio Valensiya və yarımmüdafiəçi Ander Errera komandanı tərk edəcək. Matç.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, hər iki oyunçu bu ölkəyə köçəcək.

Onların hər ikisi "İnter"ə keçməyə çox yaxındı. "Qırmızı şeytanlar"la müqavilə müddəti mövsümün sonuna qədər olan Valensiya ilə Errera Milan klubuna yayda havayı başa gələcək. Valensiya bu mövsüm 5, Errera isə 14 oyunda meydana çıxıb və hər iki oyunçu əsas heyətdəki yerini itirib. Bu üzdən onlar yeni müqaviləyə razılıq verməyiblər.

Qeyd edək ki, Premyer Liqada 21 turdan sonra "Mançester Yunayted" 6-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest