"Napoli" yarımmüdafiəçisi Allanı satmaq fikrində deyil. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu klub prezidenti Aurelio De Laurentis deyib.

Klub rəhbəri bildirib ki, Braziliya millisinin üzvü ilə bağlı gələn təklifləri rədd edəcəklər: "Allan? Onu satmaq fikrim yoxdu. Hətta 200 milyon avroya da satmaram".

Qeyd edək ki, 27 yaşlı Allan Avropanın bir neçə nəhəng klubunun diqqət mərkəzindədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest