İspaniyanın "Vilyarreal" komandasının baş məşqçisi Unay Emeri Avropa Liqasında yeni rekorda imza atıb. Matc.az xəbər verir ki, 50 yaşlı mütəxəssis karyerasında 6-cı dəfə bu turnirin yarımfinalına yüksəlib. "Vilyarreal" 1/4 final mərhələsində Xorvatoyanın "Dinamo" (Zaqreb) klubunu iki görüşdə məğlub edib - 1:0;2:1.
 
Emeri daha əvvəl İngiltərə "Arsenalı" və İspaniya "Valensiya"sı ilə yarımfinala adlayıb.
 
İspaniyalı baş məşqçi 2013/2014, 2014/2015 və 2015/2016 mövsümlərində İspaniyanın "Sevilya" klubu ilə Avropa Liqasının qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest