"Zirə" klubu "Neftçi" ilə Azərbaycan Premyer Liqasının XXIII tur matçına itki ilə çıxacaq.Matc.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Rəşad Sadıqov məlumat verib.
 
39 yaşlı mütəxəssis kapitan Ağabala Ramazanovun cəza üzündən oynamayacağını bildirib: "Bu, bizim üçün ciddi itkidir. Amma əminəm ki, Ramazanovun mövqeyində oynayan futbolçular onu layiqincə əvəzləyəcəklər. Biz gəldiyimiz gündən çalışmışıq ki, əsas və ikinci heyət kimi fikir formalaşmasın. Belə məqamlarda kimsə özünü ikinci dərəcəli oyunçu kimi hiss etməməlidir. "Neftçi" ilə görüşdə də bu itkinin hiss edilməməsi üçün çalışacağıq".
 
Qeyd edək ki, aprelin 17-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Zirə" oyunu saat 20:15-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest