İngiltərə Federasiya Kubokunda 1/32 final mərhələsinə start verilib. Matç.az saytının məlumatına görə, ilk gündə bir qarşılaşma baş tutub.

Premyer Liqa klubu "Tottenhem" aşağı liqa təmsilçisi "Tranmere"nin qonağı olub. Birinci hissənin sonlarında hesabı açan londonlular fasilədən sonra ev sahiblərinə divan tutublar. Nəticədə "Tottenhem" 7:0 hesablı qələbə ilə 1/16 finala adlayıb.

Mərhələnin digər oyunları bu gün və sabah keçiriləcək.

İngiltərə Federasiya Kuboku

1/32 final

"Tranmere" - "Tottenhem" - 0:7

Orye, 40, 55, Lyorente, 48, 71, 72, Son, 57, Keyn, 82

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest