Futbol üzrə İngiltərə milli komandasının və "çelsi"nin sabiq yarımmüdafiəçisi Co Koul karyerasını bərpa edib.
 
Matc.az xəbər verir ki, bu barədə 40 yaşlı futbolçu "instagram" hesabında məlumat yayıb. Koul 11-ci divizion təmsilçisi "Belston" klubuna keçib.
 
Yarımmüdafiəçi yeni komandasında ilk oyununa da çıxıb. O, "Belston"un "Herfild Yunayted"i 2:1 hesabıyla məğlub etdiyi matçda iştirak edib.
 
Co Koul İngiltərədə "çelsi", "Liverpul", "Vest Hem", "Aston Villa" kimi klublarda çıxış edib. Yarımmüdafiəçi İngiltərə yığmasında 56 oyunda 10 qol vurub.
 
2018-ci ildə futbolçu karyerasını bitirdiyini açıqlayan Koul, "çelsi"nin gənclərdən ibarət komandasında məşqçilik edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest