Koronavirusa görə xəstəxanaya yerləşdirilən Daniele De Rossi evə buraxılıb.
 
Matc.az xəbər verir ki, bu barədə "La Gazetta dello Sport" nəşri məlumat yayıb. Xəbərdə, De Rossinin müailəcisinin bundan sonra evdə aparılacağı bildirilib.
 
Koronavirusa yoluxan De Rossi aprelin 9-da xəstəxanaya yerləşdirilmişdi.
 
Futbolçu kimi 2002-2019-cu illərdə "Roma"da çıxış edən De Rossi hazırda İtaliya milli komandasında baş məşqçi Roberto Mançininin köməkçisi kimi çalışır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest