"Yarımfinalda daha güclü mübarizə aparmalıyıq. Mən xoşbəxtəm ki, biz yarımfinala çıxdıq. PSJ əla komandadır"

"Bu oyunda məğlub olmağımıza baxmayaraq, mən xoşbəxtəm". Matc.az xəbər verir ki, bunu PSJ-nin futbolçusu Neymar deyib.

Fransa təmsilçisi çempionlar Liqasında "Bavariya"nı mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəlib. Bununla bağlı danışan Neymar bildirib ki, çox gözəl komandaya qarşı mübarizə apardılar: "Biz də əla komandayıq və biz bu gün bunu göstərdik. Biz çempionlar Liqasının son qalibini nokauta saldıq. öz hədəfimizə nail olduq. İndi biz yarımfinalda daha güclü mübarizə aparmalıyıq. Mən xoşbəxtəm ki, biz yarımfinala çıxdıq. PSJ əla komandadır".

Qeyd edək ki, PSJ ilk oyunda 3:2 hesablı qələbə qazanıb. Komanda cavab matçında 0:1 hesabı ilə uduzsa da, iki görüşün cəmində yarımfinala adlayıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest