Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində millimizin yer aldğı 3-cü qrupda ötən gün daha bir oyun keçirilib.
 
Matc.az xəbər verir ki, Moldova yığması doğma meydanda Slovakiya futzalçıları ilə qarşılaşıb.
 
Oyun qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb. Yekunda xallarının sayını 11-ə çatdıran Slovakiya yığması qrup ikincisi kimi qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanıb. 
 
İndiyə qədər bu komandalar final mərhələsində itşirakını rəsmiləşdirib: Azərbaycan, Bosniya və Herseqovina, Xorvatiya, İtaliya, Qazaxıstan, Portuqaliya, Rusiya, İspaniya, Finlandiya, Gürcüstan, Slovakiya, Sloveniya, Niderland.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest