Futbol üzrə Gürcüstan çempionatında 8-ci turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Vüqar Bəybalayevin formasını geyindiyi "Telavi" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Dila Qori" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
 
Vüqar da bu görüşün iştirakçısı olub. 27 yaşlı futbolçu start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. O, 90+2-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
 
Qeyd edək ki, "Telavi" cari mövsümdə keçirdiyi 8 oyunda cəmi 6 xal toplayıb və 10 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest