"Keşlə"də istirahət başa çatır. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komanda sabahdan bir araya gələcək.

Bir həftəlik Bakı toplanışı çərçivəsində baş məşqçi Tərlan Əhmədov bir sınaq görüşündə yetirmələrini sınayacaq. Belə ki, bakılılar yanvarın 9-da I divizion təmsilçisi "Qaradağ-Lökbatan"la üz-üzə gələcək. Oyun Türk Hava Yolları Futbol Mərkəzində baş tutacaq.

Yanvarın 12-də toplanışın ikinci mərhələsi üçün Antalyaya yollanacaq "Keşlə" orda 4 yoxlama görüşü keçirəcək. Rəqiblərdən 3-ü (17 yanvar - "Okjetpes" (Qazaxıstan), 23 yanvar - "Konkordiya" (Rumıniya), 25 yanvar - "çertanovo" (Rusiya)) artıq bəllidi. Paytaxt klubu ayın 26-da vətənə dönəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest