UEFA çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu məlum olub.
 
Matc.az xəbər verir ki, "Real"ın hücumçusu Vinisius Junior həftənin ən yaxşısı seçilib.
 
Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. Vinisius komandasının "Liverpul"u 3:1 hesabıyla məğlub etdiyi oyunda iki qol vurub.
 
Qeyd edək ki, çL-də həftənin ən yaxşısı adına Kevin de Breyne ("Mançester Siti", İngiltərə), Kilian Mbappe (PSJ, Fransa) və Jorjinyo ("çelsi", İngiltərə) da namizəd idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest