Almaniyanın 2-ci Bundesliqasında mübarizə aparan "Aue" mövsümün ikinci yarısının hazırlıqlarına başlayıb. Matç.az xəbər verir ki, 18 turdan sonra 22 xalla 12-ci pillədə qərarlaşan komanda toplanışa tam heyətlə başlaya bilməyib.

Almaniya klubu iki futbolçusunun xidmətindən məhrumdu. Bunlardan biri Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovdu.

Bir müddətdi ayağındakı zədədən əziyyət çəkən yarımmüdafiəçi hazırlıq prosesinin startına qədər problemi arxada qoya bilməyib. Lakin onun tezliklə komandaya qoşulacağı gözlənilir.

Qeyd edək ki, Türkiyənin Bələk şəhərindəki təlim-məşq toplanışına yanvarın 7-də başlayacaq "Aue" ilk yoxlama oyununu iki gün sonra "Halleşer"ə qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest