Kosovo yığmasında sərbəst oynayıram. Bu da mənə matç ərzində daha çox qol vəziyyəti yaratmağa şərait yaradır. Millətlər Liqasında Azərbaycanla evdə keçirdiyimiz qarşılaşmanı misal göstərə bilərəm.

Kosovo millisinin yarımmüdafiəçisi Arber Zeneli klubunu dəyişmək niyyətindədi. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, "Herenven"in "10 nömrəsi" "böyük beşlik" ölkələrindən birinə köçməyi arzulayır.

ötən ay "Fənərbaxça"dan təklif aldığını bildirən Zenelinin ən böyük arzusu "Milan"ın formasını geyinməkdi. Hazırda 9 assistlə Erediviziyada ən çox məhsuldar ötürmə verən futbolçu keçəcəyi klubda da millidəki kimi sərbəst oynamaq istədiyini söyləyib. O, bu mənada Millətlər Liqasının qrup mərhələsində Azərbaycan millisi ilə görüşü misal göstərib: "Kosovo yığmasında sərbəst oynayıram. Bu da mənə matç ərzində daha çox qol vəziyyəti yaratmağa şərait yaradır. Millətlər Liqasında Azərbaycanla evdə keçirdiyimiz qarşılaşmanı misal göstərə bilərəm. Düzdü, hələ Millətlər Liqasının qalibi olmamışıq. Ancaq Azərbaycan yaxşı komanda idi və biz onlara qarşı fantastik oyun göstərdik".

Qeyd edək ki, Kosovonun 4:0 hesabı ilə qalib gəldiyi həmin görüşdə Arber Zeneli het-trikə imza atmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest