Futzal üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Slovakiya yığması ilə qarşılaşıb.
 
Matc.az xəbər verir ki, Levice şəhərindəki idman zalında keçirilən oyuna Bakı vaxtı ilə saat 18:00-da start verilib.
 
Qarşılaşmanı Finlandiyadan olan hakimlər idarə edib. Əvvəlki dörd oyunun hamısında qələbə qazanmış yığmamız artıq Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edib. Millimiz bu oyunda da uduzmasa, qrup birinciliyini təmin etmiş olacaqdı. Komandamız bu oyunun böyük hissəsini məğlub durumda keçirsə də, son saniyələrdə vurduğu qolla heç-heçəyə nail olub. Beləcə, yığmamız AÇ-yə qrup lideri kimi vəsiqə qazanıb.
 
Xatırladaq ki, Slovakiya və Azərbaycan yığmaları arasında Bakıda baş tutmuş ilk oyunda millimiz 4:1 hesabıyla qalib gəlmişdi. Moldovanı da Bakıda 5:1 hesabıyla yenən komandamız bu komandaya səfərdə də 5:3 qalib gəlib, Yunanıstanı isə 3:0 üstələyib.
 
AÇ-nin seçmə mərhələsi
3-cü qrup
8 aprel
 
Slovakiya – Azərbaycan 1:1
Qol: M.Doşa, 15 - Qalo, 40.
Hakimlər: Kirill Nayshouler (Finlandiya), Arttu Kiynaeraeynen (Finlandiya), Martin Matula (Slovakiya).
Timekeeper: Miroslav Jezik (Slovakiya).
Hakim-inspektor: Perri Qautye Perry (Belçika).
UEFA nümayəndəsi: Sin Dipple (İngiltərə).
Slovakiya. Levice.
 
Slovakiya: 2. Marek Karpiak (q), 5. Qabriel Rik, 9. Peter Kozar (k), 10. Martin Doşa, 16. Tomaş Drahovski, 1. Milan Herko (q), 3. Duşam Rafay, 4. Peter Serbin, 7. Martin Smerçka, 8. Martin Zdrahal, 12. Marek Belanik, 13. Anton Brunovski, 14. Matuş Çevçik, 15. Voyex Turek.
Baş məşqçi: Marian Berki.
 
Azərbaycan: 12. Rövşən Hüseynli (q), 6. Eduardo Borges, 8. Rizvan Fərzəliyev (k), 13. Qalo, 16. Fineo De Arauxo, 1. Emin Kürdov (q), 19. Cavad Məmmədov (q), 5. Amir Şocaei, 11. Xətai Bağırov, 17. İsa Atayev, 7. Ramiz Çovdarov, 20. Tofiq Mikayılov.
Baş məşqçi: Joze Alesio Da Silva.
 

 1

Azərbaycan

5

4

1

0

18-6

13

2

Slovakiya

5

2

2

1

17-9

8

3

Moldova

4

1

1

2

11-15

4

4

Yunanıstan

4

0

0

4

1-17

0

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest