Futbol üzrə Almaniya kubokunda sonuncu yarımfinalçı bəlli olub.
 
Matc.az xəbər verir ki, 1/4 final mərhələsinin son qarşılaşması "Yan Regensburq"la "Verder" komandaları arasında baş tutub.
 
Əslində bu oyun da 1/4 finalın digər qarşılaşmaları kimi, martın əvvəlində keçirilməli idi. Lakin həmin vaxt "Yan Regensburq" komandasında koronavirusa kütləvi yoluxma qeydə alındığından, bu görüş bir ay sonraya təxirə salınmışdı.
 
Nəhayət bu gün baş tutan qarşılaşmanın taleyini bir qol həll edib. "Verder" 52-ci dəqiqədə Yuya Osakonun vurduğu yeganə qol sayəsində yarımfinala vəsiqə əldə edib.
 
Beləliklə, Almaniya kubokunda finala vəsiqə uğrunda "Verder" "Leypsiq"lə mübarizə aparacaqsa, Dortmund "Borussiya"sı "Holşteyn Kil" ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest