Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya"nın təlim-məşq toplanışının proqramı açıqlanıb. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, Ukrayna klubu yanvarın 22-də Türkiyəyə yollanacaq.

Alanyada hazırlıq keçəcək "Aleksandriya" 5 yoxlama görüşündə qüvvəsini sınayacaq. Diqqətçəkən məqam Paşayevin komandasının rəqiblərindən birinin "Pünik" olmasıdı. Ermənilərlə görüş fevralın 1-nə planlaşdırılıb.

"Aleksandriya"nın digər rəqibləri isə "Botev" (Bolqarıstan), "Arka" (Polşa), "çerno More" (Bolqarıstan) və "Vardar" (Makedoniya) olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest