Klub rəhbərliyi "Betis"i çalışdıran Kike Seteni komandaya gətirmək istəyir. Namizədlər siyahısında Arsen Venger, Ronald Kuman və Xavi də yer alıb.

İspaniyanın "Barselona" baş məşqçi axtarışına start verib. Matç.az saytı xəbər verir ki, kataloniyalılar yayda Ernesto Valverde ilə yollarını ayıracaq.

Mütəxəssislə müqavilə 2020-ci ilin yayına qədər olsa da, anlaşmada əməkdaşlığın vaxtından bir il əvvəl başa çatmasının mümkünlüyü də əksini tapıb. Valverdenin özü də növbəti mövsüm harada çalışacağının bilinmədiyini açıqlayıb.

Klub rəhbərliyi isə "Betis"i çalışdıran Kike Seteni komandaya gətirmək istəyir. Namizədlər siyahısında Arsen Venger, Ronald Kuman və Xavi də yer alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest