"Neftçi" transfer çalışmalarını davam etdirir. Matç.az klubun saytına istinadən xəbər verir ki, "ağ-qaralar" gənc futbolçu Turan Vəlizadə ilə 3 illik müqavilə bağlayıb.

18 yaşlı mərkəz yarımmüdafiəçisi yeni komandasının heyətində 33 nömrəli formanı geyinəcək.

"Əlincə"nin yetirməsi olan Vəlizadənin son klubu "Qarabağ" olub. Yarımmüdafiəçi həmçinin Türkiyənin "Fənərbaxça" klubunun aşağı yaş qrupunda, eləcə də Azərbaycanın 16 və 17 yaşadək milli komandalarında çıxış edib. O, hazırda U-19 yığmasının üzvüdür.

Qeyd edək ki, bakılılar bunadək qvineyalı mərkəz yarımmüdafiəçisi Mamadu Kane ilə 3, seneqallı mərkəz müdafiəçisi Mamadu Mbodj ilə isə 2,5 illik müqavilə bağlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest