"Topçular"a yaxın saytlardan biri bunu baş məşqçi Unay Emeri ilə əlaqələndirib. Həmkarlarımız ispaniyalı mütəxəssisin Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la matçdan sonrakı fikirlərini də xatırladıblar.

"Arsenal"ın son vaxtlar qeyri-stabil çıxışı yerli KİV-in diqqətindən yayınmayıb. Matç.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, xüsusən də, Premyer Liqanın XX turunda "Liverpul"a böyükhesablı (1:5) məğlubiyyət narahatlıq yaradıb.

"Topçular"a yaxın saytlardan biri bunu baş məşqçi Unay Emeri ilə əlaqələndirib. Həmkarlarımız ispaniyalı mütəxəssisin Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la matçdan sonrakı fikirlərini də xatırladıblar: "Emeri "Qarabağ"a qalib gəldikdən sonra əziyyət çəkdiklərini demişdi. Hətta "əziyyət çəkməyimiz yaxşıdı, asan oyunlar istəmirəm" fikrini də səsləndirmişdi. Ancaq görünən odu ki, "Arsenal" hələ indi əziyyət çəkməyə başlayıb. "Enfild Roud"dakı əziyyətin nəticəsi isə tabloda göründü".

Qeyd edək ki, "Arsenal" qrup mərhələsində "Qarabağ"ı Bakıda 3:0, Londonda isə 1:0 hesabı ilə məğlub edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest