"Mənim fikrimcə, insanlar öz adlarına və komandalarının adlarına görə mübarizə aparmalıdı". Matç.az saytı xəbər verir ki, bunu BATE-nin baş məşqçisi Aleksey Baqa deyib.

Belarus klubunda 7 il köməkçi kimi çalışdıqdan sonra cari mövsümün gedişində baş məşqçi təyin olunan 37 yaşlı mütəxəssis yerli mətbuata müsahibəsində geridə qalan ili dəyərləndirib.

Baqa çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la keçirilən qarşılaşmanı da yada salıb. O, xüsusən də, Bakıdakı oyunu fərqləndirib: "Uşaqlar məni çoxdan tanıyırdılar. Onlara təşəkkür edirəm ki, mənə baş məşqçi kimi qulaq asdılar, sözlərimə güvəndilər. Ardınca son saniyələrdə qələbəni "qopardığımız" "Qomel" və "Neman"la oyunlar oldu. Sonra da HİK və "Qarabağ"... Bu, futbolçuların ləyaqətindən, peşəkarlığından və dərk etdikləri məsuliyyətdən qaynaqlandı. Məşqçilərin işi onları taktiki və fiziki cəhətdən hazırlaşdırmaqdı. Onlar dişini dişinə sıxaraq "Qarabağ"la Bakıdakı oyunda xilas oldular. Hətta bunu istəksiz şəkildə də olsa, deyilən taktikada etdilər".

Qeyd edək ki, Bakıda 1:0 hesabı ilə qalib gələn BATE öz meydanında qollu bərabərə qalaraq (1:1) "Qarabağ" səddini keçmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest