"Trabzonspor"un hücumçusu Burak Yılmaz yenidən "Beşiktaş"a qayıdıb. Matç.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, klublar arasında artıq hərtərəfli razılıq əldə edilib.

Bu transfer "bordo-mavililər"ə 950 min avro qazandıracaq. Yeni komandası ilə 1,5+1 illik müqavilə bağlayan 33 yaşlı forvardın alacağı məvacib də bəllidi. Belə ki, Türkiyə millisinin üzvü bonuslarla birlikdə ildə 2,5 milyon avro qazanacaq. Qonşu ölkədə "transfer pəncərəsi" sabah rəsmən açılacaq. Burakın transferinin də sabah açıqlanması gözlənilir.

Qeyd edək ki, Burak Yılmaz 2006-2008-ci illərdə "Beşiktaş"da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest