Futzal üzrə Azərbaycan çempionatında transfer "pəncərə"si açılıb. Matç.az Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Yüksək, Birinci və İkinci liqalarda mübarizə aparan klublar bu gündən başlayaraq transferləri rəsmiləşdirəcək.

Keçid dövrü 29 gün davam edəcək. Komandalar yanvarın 31-nə qədər transfer çalışmalarını davam etdirə və yeni oyunçularını qeydiyyatdan keçirə bilərlər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest