"Yuventus" Madrid "Real"ının 2 futbolçusu ilə güclənə bilər. Matç.az "Tuttospor"a istinadən xəbər verir ki, Turin təmsilçisi Xames Rodriges və İsko ilə maraqlanır. Kolumbiyalı futbolçu hazırda icarə əsasında "Bavariya"da forma geyinir. İskonun isə "Kral Klubu"nun çalışdırıcısı Solari ilə münasibətlərinin pis olduğu qeyd olunur. Bu səbəbdən "Yuventus"un idman direktoru Fabio Paratiçi həmin futbolçuların agentləri ilə görüşəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest