Almaniyanın "Leypsiq" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Bundesliqa təmsilçisi Fransanın "Strasburq" klubunun müdafiəçisi Məhəmməd Simakanı transfer edib.
 
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
 
Fransalı futbolçu yeni komandasına cari mövsümün sonunda qoşulacaq. O, "Leypsiq"də "2" nömrəli formanı geyinəcək.
 
Qeyd edək ki, bu mövsüm "Strasburq"un heyətində 19 oyunda meydana çıxan Məhəmməd Simakan 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. O, Fransanın U-20 millisinin də üzvüdür.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest