Ukraynanın "Minay" klubunun futbolçusu Anatoli Nuriyev ilk dəfə dəvət aldığı Azərbaycan millisinin heyətinə qoşulub.
 
Matc.az xəbər verir ki, 26 yaşlı hücumçu artıq İtaliyada - yığmanın düşərgəsindədir.
 
Forvard "Mariupol"la martın 20-da keçirilən çempionat oyununa (0:0) görə Ukraynadan birbaşa Turinə yollanıb. (Report)
 
Qeyd edək ki, Azərbaycan millisi martın 24-də Dç-2022-nin seçmə mərhələsində Portuqaliya yığmasının qonağı olacaq. Koronavirus pandemiyası səbəbindən İtaliyada oynanılacaq qarşılaşma Bakı vaxtı ilə 23:45-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest