Futbol üzrə Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsinin Portuqaliya ilə oyunu üçün İtaliyaya yola düşüb.

Futbol üzrə Azərbaycan millisi Dç-2022-nin seçmə mərhələsinin Portuqaliya ilə oyunu üçün İtaliyaya yola düşüb.
 
Matc.az xəbər verir ki, yığma Heydər Əliyev Aeroportundan çarter reysi ilə matçın keçiriləcəyi Turin şəhərinə yollanıb.
 
Dünən UEFA xətti ilə koronavirus testindən keçən milli üzvlərinin heç birində infeksiya aşkarlanmayıb. (Report)
 
Qeyd edək ki, Azərbaycan millisi martın 24-də İtaliyadakı "Yuventus" stadionunda Portuqaliya, martın 30-da Bakı Olimpiya Stadionunda Serbiya ilə Dç-2022-nin seçmə mərhələsinin oyununda, martın 27-də isə Macarıstanın Debretsen şəhərindəki "Nadyerdei" stadionunda Qətərlə yoldaşlıq görüşündə üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest