Türkiyənin "Fənərbaxça" klubunun bir futbolçusunda koronavirus aşkarlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
"Fənərbaxça"dan verilən məlumata görə, Super Liqanın 31-ci turu çərçivəsində baş tutan "Beşiktaş"la səfər oyunundan əvvəl klub kollektivindən koronavirus testi götürülüb. Nəticədə bir futbolçunun COVİD-19 testi pozitiv nəticələnib. Adı açıqlanmayan həmin oyunçu səfər oyununa aparılan heyətdən çıxarılıb və karantinə alınıb.
 
Qeyd edək ki, "Beşiktaş" - "Fənərbaxça" matçında qalib müəyyənləşməyib - 1:1.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest