"Barselona"nın hücumçusu Lionel Messi klubun tarixinə düşüb.
 
Matc.az xəbər verir ki, o, Kataloniya təmsilçisində ən çox oyun keçirən futbolçuya çevrilib.
 
Argentinalı futbolçu buna La Liqanın 28-ci turunun "Real Sosyedad"la matçında (6:1) iştirak etməklə nail olub. Belə ki, Messi "Barselona"dakı oyun sayını 768-ə çatdırıb və bu göstəricidə mütləq rekordçu olub.
 
Bundan əvvəlki rekord sabiq yarımmüdafiəçi Xaviyə məxsus idi. İspan futbolçu vaxtilə "Barselona"nın heyətində 767 oyuna çıxmışdı.
 
Messi İspaniya çempionatında da 511-ci matçına çıxıb. Argentinalı futbolçu bununla həm də "Real"ın sabiq qapıçısı İker Kasilyasın rekordunu yeniləyib. Veteran qolkiper La Liqada 510 görüş keçirmişdi.
 
Messi bu göstərici ilə 7-ci sıraya yüksəlib. İlk pillədə "Barselona"nın keçmiş qapıçısı Andoni Subisarreta qərarlaşıb.
 
Qeyd edək ki, "Barselona"nın "Real Sosyedad"ı 6:1 hesabı ilə darmadağın etdiyi matçda Messi 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest