Türkiyə "Beşiktaş"ının qapıçısı Loris Karius qonşu ölkədə diqqət mərkəzinə düşüb. Matç.az xəbər verir ki, qolkiperin Sofiya Tomalia ilə şəkilləri gündəmi zəbt edib.

İngiltərə "Liverpul"undan iki illik icarəyə götürülən almaniyalı ABŞ-ın Mayami şəhərindəki istirahət zamanı həmyerlisi ilə romantik anları, o cümlədən öpüşmələri kameraların obyektivinə tuş gəlib.

Qış fasiləsində istirahətə yollanan qolkieper Mayamidəki günlərini məşhur modellə birlikdə keçirir. Futbolçu ilə həmyaşıd olan Sofiya modelliklə yanaşı aktrisa və aparıcı kimi də tanınır. Məşhur cütlüyün romantik görüntüləri medianın diqqətindən yayınmayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest