Başa çatmaqda olan 2018-ci il Serxio Ramos üçün gözlənilməz intizamla əlamətdar olub. Matç.az xəbər verir ki, İspaniya "Real"ının müdafiəçisi karyerasında ilk dəfə il ərzində qırmızı vərəqə almayıb.

Serxio yalnız 15 sarı vərəqə ilə "fərqlənib". Hərçənd bunadək Ramos hər ildə ən azı 1 dəfə meydandan qovulurdu. Bu rəqəmin hətta 1-dən artıq olması belə adi qarşılanırdı.

Qeyd edək ki, peşəkar karyerasına 2002-ci ildə başlayan müdafiəçi 2005-ci ilədək "Sevilya"da çıxış edib və 13 il öncə "Real"a transfer olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest