İtaliya A seriyasının XIX turunun açılış oyununda "Yuventus" "Sampdoriya"nı qəbul edir. Matç.az saytı xəbər verir ki, hazırda ikinci hissəsi gedən qarşılaşmada meydan sahibləri öndədi - 2:1.

Kriştianu Ronaldonun 2 və 64-cü dəqiqədə vurduğu qollara 33-cü dəqiqədə Fabio Kvalyarella penaltidən cavab verə bilib. Bununla 35 yaşlı Kvalyarella A seriyasında ardıcıl 9-cu görüşdə fərqlənməyi bacarıb. Sonuncu dəfə isə 2005-ci ildə "Yuventus"un hücumçusu David Trezege ardıcıl 9 oyunda qol vurmağı bacarmışdı.

Qeyd edək ki, Fabio Kvalyarellanın aktivində bu mövsüm A seriyasında 12 qol var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest