"Sabah" qış fasiləsində növbəti transferini rəsmiləşdirib. "Qəbələ"nin müdafiəçisi Təmkin Xəlilzadə bundan sonra paytaxt təmsilçisinin uğurları üçün çalışacaq.

"Sabah" qış fasiləsində növbəti transferini rəsmiləşdirib. Matç.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, "Qəbələ"nin müdafiəçisi Təmkin Xəlilzadə bundan sonra paytaxt təmsilçisinin uğurları üçün çalışacaq.

25 yaşlı futbolçu yeni komandası ilə 2 illik müqavilə bağlayıb. Azərbaycan millisinin üzvü Topaz Premyer Liqasının debütantında 17 nömrəli forma geyinəcək.

Karyerası ərzində "Qarabağ", "Şüvəlan", "Zirə" və "Qəbələ"də çıxış etmiş Xəlilzadə milli komandada 10 oyun keçirib, 1 qola imza atıb.

Qeyd edək ki, Təmkin Xəlilzadə "Sabah"ın qış fasiləsində həyata keçirdiyi ikinci transferdi. Klub bir neçə gün əvvəl "Neftçi"dən ayrılan Rəşad Eyubovla anlaşmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest