Namiq Ələsgərov "Neftçi"nin heyətində 25-ci qolunu vurub.
 
Matc.az xəbər verir ki, yubiley Azərbaycan Premyer Liqasının 19-cu turuna təsadüf edib.
 
"Keşlə" ilə ev matçında hesabı açan yarımmüdafiəçi paytaxt təmsilçisində 25-ci dəfə fərqlənib. Namiq sonradan penaltidən yararlanmaqla qol sayını 26-ya çatdırıb. Ələsgərov buna 115-ci matçında nail olub. O, bu qollardan 23-nü Premyer Liqada, 2-ni Azərbaycan kubokunda, 1-ni Avropa Liqasında vurub.
 
2016/17 mövsümündən "Neftçi"də çıxış edən Namiq ilk qolunu da "Keşlə"yə vurub. O, 2017-ci il fevralın 9-dakı səfər görüşündə fərqlənib. Həmin matçda da "Neftçi" dünən olduğu kimi 3:1 hesabı ilə qalib gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest