Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 19-cu tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə iki görüş baş tutub. 

öncə "Qəbələ" doğma meydanda "Səbail"lə münasibətlərinə aydınlıq gətirib. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar. 

Turun mərkəzi və qapanış matçında isə "Zirə" ilə "Qarabağ" üz-üzə gəlib. Ağdam klubu bu oyundan inamlı qələbə ilə ayrılıb.
 
Azərbaycan Premyer Liqası
19-cu tur
9 mart
 
"Qəbələ" – "Səbail" 1:1
Qol: R.Utriq, 78 - A.Yunanov, 57.
Qırmızı vərəqə: R.Əhmədov, 88 (ikinci sarı) - R.Hacıyev, 66.
Qəbələ şəhər stadionu. Hakimlər: Rəşad Əhmədov, Cəmil Quliyev, Eyyub İbrahimov, İnqilab Məmmədov.

Qəbələ: 94. Tərlan Əhmədli, 11. Asif Məmmədov (k), 28. Murad Musayev, 9. Ehtiram Şahverdiyev, 99. Ceyms Adeniyi, 77. Merab Qiqauri, 32. Nikolas Raysel, 13. Yurgen Qoxa, 26. Stefan Vukçeviç, 23. Rafael Utriq, 71. Rüfət Əhmədov.
Ehtiyat oyunçular: 33. Müşfiq Nadirov, 74. Yusif Nəbiyev, 70. ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 14. Cavid Hüseynov, 6. Kamal Mirzəyev, 2. Vinko Medimoreç, 17. Yaovi Akakpo, 10. Rövlan Muradov, 20. Faiq Hacıyev, 55. İdris İnqilablı.
Baş məşqçi: Elmar Baxşıyev.
 
Səbail: 96. Nikolas Hagen, 14. Rahid Əmirquliyev (k), 34. ürfan Abbasov, 55. Adil Nağıyev, 28. Məqsəd İsayev, 22. Əfran İsmayılov, 29. Amil Yunanov, 23. Milovan Petrovik, 4. Ali Sisey, 20. Ruslan Hacıyev, 3. Turan Manafov.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 7. Mirsahib Abbasov, 11. Rauf Əliyev, 9. Florian Kadriu, 19. Luka İmnadze, 77. Ədilxan Qarəhmədov.
Baş məşqçi: Aftandil Hacıyev.
 
"Zirə" – "Qarabağ" 0:2
Qol: X.Romero, 3. P.Andrade, 32.
Zirə İdman Kompleksinin stadionu. Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Kamal Umudlu.
Zirə: 1. Mateus Albino, 8. İlkin Muradov, 4. Elvin Camalov, 10. Ağabala Ramazanov (k), 2. Sərtan Taşkın, 30. Riçard Almeyda, 11. Klesio Bauk, 12. Lazar Corceviç, 44. Dmitrios çantakias, 26. Nemanya Andelkoviç, 21. Hacıağa Hacılı.
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 17. Rodriqo Bonqonqui, 7. Tural Bayramlı, 20. Əli Şirinov, 29. Musa Qurbanlı, 77. Cəlal Hüseynov.
Baş məşqçi: Rəşad Sadıqov.
 
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 30. Abbas Hüseynov, 19. Filip Ozobiç, 9. Xayme Romero, 7. Kvabena Ovusu, 6. Patrik Andrade, 44. Elvin Cəfərquliyev.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 10. Abdullah Zubir, 8. Uroş Matiç, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 21. Rauf Hüseynli, 29. Zamiq Əliyev.
Baş məşqçi: Qurban Qurbanov.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest